Misli Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən "Araz-Naxçıvan" - "Səbail" oyunundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçi Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Gərgin oyun alındı. Xüsusilə birinci hissədə "Səbail"in təzyiqi oyunumuzu qurmağa imkan vermədi. Fasilədən sonra əvəzetmələrlə oyunu xeyrimizə dəyişdik. Əsas problem sonluqla bağlı oldu.
Çox çətindir. Önəmli futbolçularımızın əksəriyyəti zədəlidir. Bu da rotasiya etməyə imkan vermir. Onlar komandaya qoşulduqdan sonra hücumda daha rəngarəng oynayacağımızı düşünürəm.
Vandersonun müdafiənin mərkəzinə cəkməyimiz məcburiyyətdən idi. Çünki bir stoperiniz cəzalı, digəri zədəlidir".